Modern.az

Astarada 5 uşaq atası özünü GÜLLƏLƏDİ

Astarada 5 uşaq atası özünü GÜLLƏLƏDİ

Aktual

10 Dekabr 2021, 14:58

Astara sakini intihar edib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Siyəku kəndində qeydə alınıb.

 

Belə ki, 1969-cu il təvəllüdlü İlham Allahverən oğlu Teymurov yaşadığı evin zirzəmisində ov tüfəngindən atəş açaraq intihar edib.

 

Hadisə zamanı o, evdə tək olub.

 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, İ.Teymurov 5 uşaq atasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı