Modern.az

“Qoy, biliyimiz icmaya xidmət etsin”

“Qoy, biliyimiz icmaya xidmət etsin”

Aktual

10 Dekabr 2021, 14:28

 

“Education HUB” təşkilatının “İnkişaf zamanı” proqramı çərçivəsində reallaşdırdığı “Qoy, biliyimiz icmaya xidmət etsin” layihəsinin ictimai təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, beş ay müddətində həyata keçirilən layihə çərçivəsində sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsi təşviq olunub. Azərbaycanın bölgələrini təmsil edən, ölkəmizin müxtəlif universitetlərdə təhsil alan gənclər bir araya gələrək incəsənət vasitələrindən istifadə etməklə sosial problemləri işıqlandırıblar.

 

“İnkişaf Zamanı” proqramının iştirakçıları inklüziv inkişaf, plastik məhsullardan istifadənin azaldılması, erkən nikahlar, gənclərin oxu vərdişlərinin artırılması və s. mövzularında sosial təşəbbüslər həyata keçiriblər. İştirakçılar tərəfindən bütün bu mövzularda pantomim teatr, rep, debat, intellektual oyun, hekayə və s. hazırlanıb. Bundan əlavə layihə çərcivəsində maarifləndirici qısametrajlı videoçarxlar da çəkilib. Sonda layihə iştirakçıları diplomlarla təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı