Modern.az

Narkomaniya ilə bağlı videoçarx çəkilib

Narkomaniya ilə bağlı videoçarx çəkilib

Aktual

13 Dekabr 2021, 12:44

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib.

 

İB-dən Modern.az-a bildirilib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Düşün, sonra gec ola bilər!” adlı maarifləndirici çarx çəkilib.

 

Sosial çarxın əsas məqsədi ölkə əhalisini, xüsusilə müstəqil həyata yeni başlayan gəncləri narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və s. xəstəliklər barədə maarifləndirməklə, onların vətənpərvər və sağlam ruhda böyümələrinə yardımçı olmaqdır.

 

Bu bəlanın yayılmaması üçün narkotik və psixotrop maddələrdən istifadənin mənfi təsirləri barədə hər kəs, əsasən də valideynlər və müəllimlər yeniyetmə və gənclər arasında maarifləndirmə işi aparmalıdırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı