Modern.az

Səfir Qarabağdakı Rusiya sülhməramlılarından danışdı

Səfir Qarabağdakı Rusiya sülhməramlılarından danışdı

Aktual

13 Dekabr 2021, 13:40

“Rus sülhməramlılarının Qarabağda olması insanların təhlükəsiz yaşamasının təmin edilməsinə mühüm töhfədir”.

Modern.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Məsələ ondadır ki, tərəflərin əvvəlcədən razılığı ilə Rusiya sülhməramlıları artıq 5 illik Qarabağda yerləşdirilib. Tərəflərin gələcək planları və sülhməramlıların iştirakının mümkünlüyünü həyat göstərəcək”.

 
“3+3” platformasına toxunan Sergey Kopırkin deyib ki, bu format region ölkələri arasında münasibətlərə müsbət təsir göstərməlidir.

"Biz bu formatın əlavə dəyərini dialoq üçün imkan yaratmaqda, regionun bütün ölkələri üçün maraqlı olan məsələlər üzrə fikir mübadiləsində görürük. Yəni format onlar arasında münasibətlərə müsbət təsir göstərməlidir".

2020-ci il noyabrın 9-da Azərbaycan, Rusiya ə Ermənistan dövlət başçıları - İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan Qarabağda atəşkəslə bağlı birgə bəyanat qəbul ediblər. Atəşkəs rejiminə və hərbi əməliyyatlara nəzarət etmək üçün Qarabağ münaqişəsi zonasına Rusiya Federasiyasının 1960 nəfərlik sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı