Modern.az

Əks-göstəriş sertifikatı almaq ASANLAŞDI

Əks-göstəriş sertifikatı almaq ASANLAŞDI

Aktual

13 Dekabr 2021, 13:58

COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.

 

Səhiyyə Nazirliyindən Modern.z-a verilən məlumata görə, aşağıda qeyd olunmuş vətəndaşlar bu tətbiq vasitəsilə “Əks- göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.

 

-Hamilə qadınlar;

 

-Dağınıq skleroz;

 

-Süd verən analar.

 

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

 

Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.

 

Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı