İtaliyanın Milan şəhərində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbir Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və “Neapol-Bakı Assosasiyası”nın təşkilatçılığı ilə baş tutub.
Mərasimdə çıxış edən Milli Məclisin üzvü Vüqar Bayramov və digər natiqlər Avropa iləa enerji münasibətlərində, xüsusən də İtaliya ilə iqtisadi diplomatik əlaqələrdə ulu öndərin rolunu xüsusi vurğulayıb, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən və İtaliyanın ölkəmizə verdiyi dəstəkdən bəhs ediblər.
Daha sonra ulu öndər Heydər Əliyevdən bəhs edən “Xilaskar ömrü” sənədli filmi nümayiş olunub.