Modern.az

İsrailin baş naziri ərəb şahzadəsilə görüşdü

İsrailin baş naziri ərəb şahzadəsilə görüşdü

Aktual

13 Dekabr 2021, 15:20

İsrailin baş naziri Naftali Bennett Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyanla görüşüb.

Modern.az xəbər verir ki, N.Bennet BƏƏ-yə səfər edən ilk İsrail baş naziridir.

İsrail baş naziri görüşdən əvvəl müsbət mesajlarla gəldiyini qeyd edib:

“İki ölkə arasındakı qarşılıqlı tərəfdaşlıq və dostluq təbiidir. Bu əlaqələrimiz qonşu və qohumluğumuzdan gəlir. Biz İbrahim peyğəmbərin nəvələriyik. Bütün sahələrdə əlaqələrimiz davam edəcək”.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!