Ermənistan Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti həbs olunub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Ermənistan Müdafiə Nazirliyi kommunal əməliyyatlar üzrə hərbi hissənin rəis müavini, polkovnik-leytenant, həmin hərbi hissənin rəisi, Silahlı Qüvvələrin Baş Qərargahının arxa cəbhə idarəsinin rəisi və başqaları barəsində həbs qətimkan tədbiri seçilib”,- məlumatda deyilir.
Qeyd edək ki, yüksək rütbəli zabitlər barəsində istintaq davam edir.