Bu gün UEFA-nın Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada AvroLiqada qrup ikincisi olmuş 8 komanda və Çempionlar Liqasının qruplarında 3-cü yeri tutmuş 8 komanda iştirak edib.
UEFA Avropa Liqası - Pley-off mərhələsi
"Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)
"Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya)
"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
"Zenit" (Rusiya) - "Betis" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya)
"Şerif" (Moldova) - "Braqa" (Portuqaliya)
"Portu" (Portuqaliya) - "Latsio" (İtaliya)
Bu mərhələnin ilk oyunları 2022-ci il fevralın 17-də, cavab matçları isə fevralın 24-də olacaq. Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalına yüksələcəklər.