Modern.az

Gənclər Qarabağa qayıtmaq istəyirlər

Gənclər Qarabağa qayıtmaq istəyirlər

Aktual

13 Dekabr 2021, 17:35

“Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İB “Yurda dönüş borcumuzdur: gənclər arasında təbliğat işinin təşkili” layihəsinə yekun vurub.

Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində işğaldan azad olunmuş rayonlardan olan 700-dən çox tələbə ilə görüş keçirilib.


Bu görüşlərdə çıxış edən “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İB-nin sədri Vüqar Qədirov Vətən müharibəsindəki qələbə sayəsində 30 illik, məcburi köçkün probleminə birdəfəlik son qoyulduğunu, Böyük Qayıdışın reallaşmasında bütün maneələrin aradan qalxdığını bildirib.


30 ilə yaxın müddətdə ölkəmizin müxtəlif bölgələrində məcburi köçkün kimi doğulub boya-başa çatan bir nəslin formalaşdığını bildirən V.Qədirov işğaldan azad olunmuş torpaqlarımıza qayıdışla bağlı bu təbəqədən olanlar arasında təbliğat işinin aparılmasının vacibliyini bildirib.


Çıxış edən ekspertlər, qonaqlar işğaldan azad olunmuş rayonlarımıza gənc nəslin qayıdışı prosesinin əsl vətənpərvərlik, vətəndaşlıq mövqeyi və vəzifəsi olduğunu bildiriblər.  

Gənclər isə azad olunmuş torpaqlara qayıdış prosesində öndə gedəcəklərini, dədə-baba yurdlarının dirçəldilməsində yaxından iştirak edəcəklərini vurğulayuıblar.

Görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda geniş miqyaslı tikinti-quruculuq işlərinin aparıldığı, qısa müddətdə Zəfər yolunun, Füzuli Hava Limanının, Zəngilan rayonunda Ağalı-ağıllı kənd yaşayış massivinin salındığı, Zəngilan və Laçın rayonlarında Hava limanlarının və digər böyük infrastruktur layihələrin davam etdiyi bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı