Modern.az

Türk ordusu terrorçuları məhv etdi

Türk ordusu terrorçuları məhv etdi

Aktual

14 Dekabr 2021, 08:28

İraqın şimalındakı Qara bölgəsində PKK terror təşkilatının 9 silahlısı zərərsizləşdirilib.

 

Modern.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik strukturlarındakı mənbələr məlumat yayıb.

 

Məlumata görə, terrorçular Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilib.

 

Qeyd edək ki, PKK terrorçuları uzun illərdir Türkiyədə sabitliyi pozmaq, ölkəni parçalamaq üçün bir sıra hücumlar həyata keçirirlər. ABŞ, Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilatlar siyahısına salıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!