Modern.az

Azərbaycanla Gürcüstan arasında memorandum imzalanacaq

Azərbaycanla Gürcüstan arasında memorandum imzalanacaq

Aktual

14 Dekabr 2021, 08:55

Gürcüstanın ədliyyə naziri Rati Breqadze Avropa Şurasının İtaliyada təşkil etdiyi konfrans çərçivəsində azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüş keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə gürcü nazir “İmedi” telekanalına açıqlamasında deyib.

 

Onun sözlərinə görə, görüş zamanı hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib: “Görüş çox səmimi keçdi. Nazirliklər arasında memorandumun imzalanması planlaşdırılır. Sənəd yəqin ki, ən geci fevral ayında imzalanacaq. Biz memorandumla tənzimlənməli olan yeni sahələri də müəyyən etdik”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı