Modern.az

"Azəriqaz" rəsmiləri Salyana GEDİR

Aktual

14 Dekabr 2021, 11:34

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin Salyanda sahibkarlarla növbəti görüşü keçiriləcək.

 

Bu barədə Modern.az-a qurumdan məlumat verilib.

 

Məlumata görə, görüş “Açıq mikrofon” aksiyası çərçivəsində baş tutacaq. "Azəriqaz"ı rəhbər şəxsləri Salyan şəhəri, M.Rəsulzadə və Ə.Kürçaylı küçələrinin kəsişməsində (Salyan Tarix-Diyarşünaslıq Muzeyinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” dekabrın 16-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı