Modern.az

Vətəndaşlardan 15 sənədsiz ov tüfəngi götürüldü

Vətəndaşlardan 15 sənədsiz ov tüfəngi götürüldü

Aktual

17 Dekabr 2021, 09:38

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 16-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.

 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...