Modern.az

Jurnalist Əli İnsanovun müşaviri təyin edildi - FOTO

Jurnalist Əli İnsanovun müşaviri təyin edildi - FOTO

Aktual

17 Dekabr 2021, 11:20

Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyasında (HƏP) yeni təyinat olub.

Modern.az xəbər verir ki, milliyyətcə talış olan jurnalist Rafiq Cəlilov HƏP sədrinin müşaviri vəzifəsinə təsdiq olunub.

Rafiq Cəlilov vaxtilə dövlət qeydiyyatına alınmış Talış Mədəniyyət Mərkəzinin 9 ilə yaxın rəhbəri olub. 2011-ci ildən "Tolışon Sədo" ("Talışların Səsi") qəzetinin baş redaktoru işləyib. O, ixtisasca jurnalistdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?