Modern.az

Bakı sakininin bank hesabından pul oğurlandı

Bakı sakininin bank hesabından pul oğurlandı

Aktual

17 Dekabr 2021, 13:36

Bakıda kişinin bank hesabından 2500 manat oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə dekabrın 5-də Bakı şəhər sakini S.Alxanovanın bank hesabından 2500 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş A.Bayramov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?