Modern.az

500 manatadək uduşlar gəlir vergisindən azad edilir

500 manatadək uduşlar gəlir vergisindən azad edilir

Aktual

17 Dekabr 2021, 15:00

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, dəyişikliklə idman mərc oyunlarının (elektron idman mərc oyunlarının) lotereyalarla oxşar hüquqi rejimdə vergi qanunvericiliyi baxımından tənzimləməyə cəlb edilməsi, lotereyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək (əvvəl 10 manat idi) uduşların gəlir vergisindən azad edilir

 

Digər dəyişikliklə isə idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcılarının, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi kimi təsbit olunması, habelə bu sahədə vergitutma obyektinin və vergi dərəcələrinin dəqiqləşdirilir (operatorlar və təşkilatçılar dövriyyədən 6%, satıcılar isə onlara çatacaq komisyon haqqından 4%). Əvvəl gəlir və mənfəət vergisi ödəyirdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı