Modern.az

Yoluxma kəskin azaldı - 18 nəfər vəfat etdi

Yoluxma kəskin azaldı - 18 nəfər vəfat etdi

Aktual

17 Dekabr 2021, 16:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 755 yeni yoluxma faktı qeydə alınıb, 1 671 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 608 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 914 nəfər müalicə olunaraq sağalıb, 8 167 nəfər vəfat edib. 16 734 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 804, bu günə qədər isə ümumilikdə 5 729 433 test icra olunub.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar