Modern.az

Heyvanlarla rəhmsiz rəftar məsuliyyət YARADIR

Heyvanlarla rəhmsiz rəftar məsuliyyət YARADIR

Aktual

17 Dekabr 2021, 18:07

"Sahibsiz heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir. Respublikanın ərazi polis orqanlarına bununla bağlı müvafiq tapşırıqlar verilib".

 

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

 

O qeyd edib ki, məqsəd heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinin qaşısını almaqdır: “Hər bir şəxs bilməlidir ki, heyvanlarla rəhmsiz rəftar edilməsi məsuliyyət yaradır. Bu günlərdə Bərdə rayonunda vətəndaş İ.Qurbanovun sahibsiz iti tir tüfənginin qundağı ilə vurmasına görə inzibati icraat açılmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub, tüfəng həmin şəxsdən müsadirə olunaraq götürülüb. Bunu nəzərə alaraq, bir daha diqqətə çatdırırıq ki, heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun qəti tədbirlər görülür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı