Modern.az

Azəbaycanlı tələbə ermənini məğlub etdi - gümüş medal qazandı

Azəbaycanlı tələbə ermənini məğlub etdi - gümüş medal qazandı

Aktual

18 Dekabr 2021, 12:47

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasında (ingilis dili) təhsil alan sonuncu kurs tələbəsi, MMA (qarışıq döyüş sənəti) döyüşçüsü Rəşad Fətiyev World Cossack Fight Federation (WCFF) təşkilatının keçirdiyi dünya çempionatında gümüş medal mükafatçısı olub.


Modern.az xəbər verir ki, Ukraynanın Xarkov şəhərində baş tutan çempionatın yarımfinal mərhələsində azərbaycanlı təmsilçimiz Ukraynanı təmsil edən erməni Artur Malkinyan ilə  üz-üzə gəlib.


77,1 kq çəki dərəcəsində mübarizə aparan BMU tələbəsi yarımfinalda rəqibinə qalib gəlib və gümüş medalın sahibi olub.

R.Fətiyev travma səbəbindən final döyüşündə iştirak edə bilməyib.

Turnirə 25 ölkədən 1000-dən çox idmançı qatılıb.

Qeyd edək ki, R.Fətiyev iyunun 7-də Ukraynanın Odessa şəhərində kazak döyüşü üzrə yarışda da gümüş medal qazanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı