Modern.az

Avtoxuliqanlığını "Tiktok"da təbliğ edən şəxs tutuldu

Avtoxuliqanlığını

Aktual

18 Dekabr 2021, 14:55

Göyçay Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və hərəkətin digər iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildiriblər ki, rayonun Çayarxı kənd sakini Rəvan Şamilov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21011” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, avtoxuliqanlıq hərəkətlərinin videogörüntülərini "Tiktok" sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Şamilov 15 sutka inzibati qaydada həbs edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı