Modern.az

“Azərişıq”dan əhaliyə çağırış

“Azərişıq”dan əhaliyə çağırış

Aktual

18 Dekabr 2021, 15:13

“Azərişıq” ASC pandemiya dövründə insanlar arasında təmasın azaldılması məqsədilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə e-gov.az və azerishiq.az saytlarında elektron xidmətlər tədbiq edib.

Qurumdan Modern.az-a verilən məlumata görə, noyabr ayında 436 abonent olmaqla cari ilin 11 ayı ərzində 4004 abonent elektron qaydada şəbəkəyə qoşulma üzrə müraciət edib.

“Azərişıq” ASC bu xidmətlərdən istifadə edərək yaşayış və ya iş yerini tərk etmədən, abonentlərin sağlamlığını düşünərək, onları xidmətlərdən onlayn yararlanmağa çağırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı