Modern.az

Prezidentdən Dövlət Komissiyası ilə bağlı FƏRMAN

Prezidentdən Dövlət Komissiyası ilə bağlı FƏRMAN

Aktual

18 Dekabr 2021, 15:40

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Modern.az xəbərinə görə, fərmana əsasən,  Radiotezliklər üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətləri müəyyənləşib.

Fərmanda Dövlət Komissiyasının fəaliyyət istiqamətləri aşağıdakılar göstərilib:

2.1.1. Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq Telekommunikasiya İttifaqının (bundan sonra – BTİ) Radiorabitə Reqlamentinə və bu sahədə digər beynəlxalq təşkilatların qərar və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının radioxidmətləri arasında radiotezlik spektrinin bölünməsini təmin etmək;

2.1.2. Azərbaycan Respublikasında radiotezlik zolaqlarının ayrılması və onlardan istifadə üzrə perspektiv istiqamətləri müəyyən etmək;

2.1.3. radiotezlik zolaqlarını ayırmaq;

 2.1.4. radiotezliklərdən və radioelektron vasitələrdən istifadənin səmərəliliyini təhlil etmək və onlardan effektiv istifadə edilməsinə dair təkliflər hazırlamaq;

2.1.5. müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiqi üzrə əlaqələndirmə işini təşkil etmək;

2.1.6. BTİ və digər beynəlxalq təşkilatlar çərçivəsində ümumdünya və regional radiorabitə konfranslarına hazırlıq üçün radiotezlik spektrinin bölünməsi və ondan istifadə ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı