Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 277 vaksin vurulub.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksin vurulanların sayı 3 265, ikinci doza vaksin vurulanların sayı 4 218 nəfər təşkil edib.
Ölkədə buster doza peyvənd olunanların sayı 20 794-ə çatıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 046 136, birinci doza üzrə peyvənd olunanların ümumi sayı 5 138 212, ikinci doza üzrə isə 4 638 622 nəfər təşkil edir.
Ümumilikdə isə 1 269 302 buster doza vurulub.