Modern.az

Çimərlikdən qum satan bələdiyəyə cinayət işi açıldı

Çimərlikdən qum satan bələdiyəyə cinayət işi açıldı

Aktual

21 Dekabr 2021, 16:55

Buzovna qəsəbəsinin çimərlik ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Modern.az-ın məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Buzovna bələdiyyəsi tərəfindən vətəndaş Gündüz İsmayılovun istifadəsinə verildiyi və “Kamaz” markalı 21-BD-701, 90-DV-484 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən 1012,5 m3 həcmində qanunsuz qum daşındığı və təbiətə 42 525 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı