Modern.az

Ağsuda 14 yaşlı yeniyetmə intihar etdi

Ağsuda 14 yaşlı yeniyetmə intihar etdi

Aktual

21 Dekabr 2021, 17:20

Ağsu rayonunda yeniyetmə oğlan intihar edib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Əlheydər Qarayev küçəsində qeydə alınıb.

 

Belə ki, Ağsu rayon sakini, 2007-ci il təvəllüdlü X.Ə. yaşadığı evdə özünü asaraq intihar edib.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı