Modern.az

Prezidentdən aqroparklarla bağlı FƏRMAN

Prezidentdən aqroparklarla bağlı FƏRMAN

Aktual

21 Dekabr 2021, 17:40

Prezident İlham Əliyev “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi Fərman imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, Fərmanda “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib.

 

Müəyyən edilib ki, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də səlahiyyətli orqan dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

 

İqtisadiyyat Nazirliyi “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin 3.7-ci bəndinin ikinci cümləsində, 4.3-cü bəndinin üçüncü cümləsində, 5.1.6-cı, 6.1.11-ci, 8.6.6-cı yarımbəndlərində və 8.8-ci bəndində nəzərdə tutulmuş aktları altı ay müddətində qəbul etməli, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn digər vəzifələri həyata keçirməlidir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı