Modern.az

GUAM PA-nın onlayn iclasları keçirildi

GUAM PA-nın onlayn iclasları keçirildi

Aktual

21 Dekabr 2021, 18:17

GUAM PA-nın tədbirlərində Dekabrın 21-də GUAM Parlament Assambleyasının videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə GUAM PA-nın 16-cı Büro iclasına qurumun sədri və bu təşkilatda Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Xelaşvili moderatorluq edib.

 

İclasda GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib. Tədbirdə GUAM Parlament Assambleyası komitələrinin dünən dekabrın 20-də keçirilən birgə iclasının yekunları, qurumun komitələrində 2022-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin təsdiqlənməsi, Gürcüstanda keçirilən bələdiyyə seçkilərində və Moldovada keçirilən parlament seçkilərində qurumun müşahidə missiyasının işi, GUAM PA-nın 14-cü sessiyasının yekun sənədinin layihəsi, GUAM PA-ya sədrliyin təhvil verilməsi və digər məsələlərə baxılıb. Gündəliyin 4-cü məsələsi olan Gürcüstandakı bələdiyyə seçkilərində və Moldovada keçirilən parlament seçkilərində qurumun müşahidə missiyasının işi ilə bağlı GUAM-ın baş katibi Altay Əfəndiyev ətraflı məlumat verib.

 

Günün ikinci yarısında isə GUAM Parlament Assambleyasının Gürcüstan tərəfinin sədrliyi ilə videokonfrans formatında 14-cü Sessiyası keçirilib. Sessiyada Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev, Fatma Yıldırım, Cavid Osmanov iştirak ediblər. Sessiyanın açılışında üzv ölkələrin qurumdakı nümayəndə heyətlərinin rəhbərləri, GUAM-ın baş katibi Altay Əfəndiyev, Baltik Assambleyasının vitse-prezidenti Yanis Vutsans çıxış ediblər. Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev çıxışını 2021-ci ildə Azərbaycanda və regionda baş verən hadisələr üzərində qurub. O, Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərdə apardığı quruculuq və bərpa işləri barədə məlumat verib. Sessiyada Milli Məclisin deputatları Fatma Yıldırım və Əli Məsimli çıxış ediblər.

 

Sessiyada GUAM PA-ya sədrlik Gürcüstandan Moldovaya keçib. İclasın sonunda yekun sənəd olaraq kommünike qəbul olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı