Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin əmlakları müsadirə edilib.
Modern.az xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmdə bildirilib.
Qeyd olunub ki, onun Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evi və bank hesabı müsadirə edilib.