Modern.az

Prezident Gürcüstanın müdafiə nazirini qəbul etdi

Prezident Gürcüstanın müdafiə nazirini qəbul etdi

Aktual

21 Dekabr 2021, 18:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib.

 

Gürcüstanın müdafiə nazirinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!