Modern.az

Sakinlərdən sənədsiz ov tüfəngləri götürüldü

Sakinlərdən sənədsiz ov tüfəngləri götürüldü

Aktual

22 Dekabr 2021, 08:12

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Coşqun Məmmədov və Vüqar Osmanovun hər birindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri götürülüb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Onların barələrində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar