Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğınla bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Bakıda yerləşəm məşhur restoranda yanğın olub.
Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranının yerləşdiyi bina yanıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.
Əlavə məlumat veriləcək.
