Modern.az

Xaçmazda ağacları kəsən şəxs cəzalandırıldı

Xaçmazda ağacları kəsən şəxs cəzalandırıldı

Aktual

22 Dekabr 2021, 09:24

Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az bildirib ki, araşdırma zamanı ağacların Qusar rayon sakini Zeynal Mastanov tərəfindən kəsildiyi və təbiətə 7430 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

O qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı