Rusiyada hərbçilər qar uçqununa düşüblər.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Cənubi Osetiyada iki rus hərbçi qar uçqununun altında qalıb. Nəticədə onlar həlak olub.
Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib ki, dairənin 5 hərbi qulluqçusu Zaqafqaziya Dəmir Yolu portalının cənub tərəfində qar uçqunu altında qalıb. 3 hərbçiyə ilkin tibbi yardım göstərilib. Digər ikisinin isə axtarışları aparılır.