Modern.az

İranlı nazir Bakıda səfərdədir - YENİLƏNİB

İranlı nazir Bakıda səfərdədir - YENİLƏNİB

Aktual

22 Dekabr 2021, 11:10

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri başlayıb.

 

Modern.az-ın məlumatına görə, bunu İran XİN-in mətbuat katibi Səid Xətibzadə deyib.

 

S.Xətibzadənin sözlərinə görə, səfər çərçivəsində iranlı nazir Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşərək danışıqlar aparacaq.

 

Qeyd edək ki, nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, həmçinin regional proseslər haqda fikir mübadiləsi aparılacaq.

 

****

10:10:33

 

 

Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfərə gəlir.

 

Modern.az xəbər verir ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.

 

Görüşdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

 

H.Ə.Abdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək:

 

“Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, stabil və inkişafa meyllidir.

 

Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu”.

 

Səfər çərçivəsində C.Bayramovla H.Ə.Abdullahian birgə mətbuat konfransı keçirəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı