Modern.az

Qubaya qar yağıb - FOTOLAR

Qubaya qar yağıb - FOTOLAR

Aktual

22 Dekabr 2021, 10:32

Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Modern.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb. Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı