Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.
Dekabrın 21-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Zahid Kazımovu və həyat yoldaşı Möhtərəmi vurub, nəticədə onlar hadisə yerində ölüblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.