Modern.az

Ağdamda məktəbli qız qaçırıldı

Ağdamda məktəbli qız qaçırıldı

Aktual

22 Dekabr 2021, 11:00

Ağdamda məktəbli qız qaçırılıb.

 

Modern.az xəbər verir ki, hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.

 

Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M məktəbdən qayıdarkən qaçırılıb.

 

İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.

 

Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

 

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)

Sizə yeni x var
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?