Modern.az

Xırdalanda qəza - 3 000 abonent qazsız qalıb

Xırdalanda qəza - 3 000 abonent qazsız qalıb

Aktual

22 Dekabr 2021, 19:31

Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan kəndi ərazisində diametri 159 mm qaz kəməri kənar şəxslər tərəfindən kəsilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir.

 

"Nəticədə Xırdalan kəndinin 3 000 abonenti qazsız qalıb. Əməli törədən şəxslər tərəfindən avtomobil qaz kəmərinin altında saxlanılıb. Baş vermiş hadisə barəsində 102 xidmətinə məlumat verilib, Abşeron Rayon Polis İdarəsinə bildirilib. Lakin hələ də tədbir görülmür", - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı