"İran Azərbaycanla tranzit, nəqliyyat, işğaldan azad edilmiş ərazilərin bərpası və digər sahələrdə əməkdaşlıqları inkişaf etdirmək niyyətdindədir".
Modern.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
H.Əmir Abdullahianın sözlərinə görə, eyni zamanda, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi diqqət mərkəzindədir.