ABŞ Efiopiyaya pilotsuz uçuş aparatları satılması ilə bağlı Türkiyə tərəfinə narahatlığını çatdırıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Türkiyənin satdığı "Bayraktar TB2" dronları Efiopiya hökuməti tərəfindən Tiqray qüvvələrinə qarşı istifadə olunur.
Agentliyə danışan Qərb rəsmisinin sözlərinə görə, Vaşinqton Türkiyəyə satışla bağlı "dərin narahatlığını" çatdırıb.
Efiopiya hökuməti ilə Tiqray qüvvələri arasında bir ildən çox davam edən müharibə minlərlə dinc sakinin ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olub.
ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edib ki, ABŞ-ın Afrika üzrə nümayəndəsi Ceffri Feltman ötən həftə Türkiyə də daxil olmaqla region ölkələrinə səfəri zamanı ABŞ-ın narahatlığını Türkiyə rəsmilərinə çatdırıb.
Akif İsmayılov