Modern.az

Günəş yaxınlığında 70-dən çox planet aşkarlandı

Günəş yaxınlığında 70-dən çox planet aşkarlandı

Aktual

23 Dekabr 2021, 08:00

Alimlər Günəş yaxınlığında 70-170 arası planet aşkar ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidməti “Nature Astronomy” elmi jurnalına istinadən məlumat yayıb.

 

Ölçüsü və kütləsi baxımından Yupiterlə müqayisə edilə bilən yalançı planetlər istənilən ulduz sistemindən uzaqda yerləşən göy cisimləridir.

 

Son illərdə ulduzlararası mühitin Yerə ən yaxın bölgələrində astronomlar dəqiq mənşəyi və təbiəti hələ aydın olmayan bir neçə həddindən artıq tutqun və soyuq göy cismi müəyyən ediblər. Bəzi astronomlar onları bir sıra mürəkkəb qravitasiya qarşılıqlı təsirləri nəticəsində öz ulduz sistemlərindən atılan böyük planetlər hesab edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...