Modern.az

Şirvanda xuliqanlar TUTULUB

Şirvanda xuliqanlar TUTULUB

Aktual

23 Dekabr 2021, 09:45

Şirvanda xuliqanlıq edən 4 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində xuliqanlıq edən 4 nəfər saxlanılıb.

 

Arasdırmalarla onların şəhər sakinləri Ramil Əbilov, Rəşad Məmmədov, Telman və Məmmədağa Heydərovlar olduqları müəyyən edilib.

 

Saxlanılan şəxslər barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı