Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat açıqlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumata görə, 23 dekabr 2021-ci il saat 10:00-a olan məlumata görə:
- Əhmədbəyli-Füzuli-Şuşa “ZƏFƏR” yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Toğanalı-Kəlbəcər-İstisu yolunda yağıntı yoxdur, yolun Murovdağdan keçən hissəsində 21 dekabr gecə saatlarına qədər güclü qar yağıb, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
- Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədində - Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. 3-4 dərəcə şaxta var. 22.12.21 tarixdə Xınalıq yolunda 10-12 sm qar yağmış, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda qeyd olunan ərazidə külək var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Giləzi – Xızıya qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Bakı - Qobustan Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Qobustan - Şamaxı - Muğanlı yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Muğanlı - Ağsu - Yevlax yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Bakı - Ələt – Hacıqabulda yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Hacıqabul - Ucar – Yevlaxda yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Yevlax - Gəncə - Qazax - Gürcüstan ilə dövlət sərhədində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Muğanlı – İsmayıllıda yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- İsmayıllı - Qəbələ - Oğuz- Şəki - İsmayıllı və Qəbələ rayonları ərazisində axşam saatlarında 6-8 sm qar yağmış, yolda qar yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Şəki - Qax - Zaqatala - Gürcüstan ilə dövlət sərhəd marşrut boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Yevlax - Şəkidə (Göybulaq) yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Gəncə - Daşkəsən - Xoşbulaq da yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
- Şəmkir - Gədəbəydə yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
- Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Masallı – Yardımlı - Səhər saatlarından Yardımlı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Lənkəran – Lerikdə səhər saatlarından zəif qar yağır, yolda qar yoxdur, 3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Hacıqabul – Bəhramtəpə – Horadizdə yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.