Modern.az

ATMA-YARAT-SAT adlı sosial layihə keçiriləcək

ATMA-YARAT-SAT adlı sosial layihə keçiriləcək

Aktual

23 Dekabr 2021, 17:30

Yaradıcı insanların toxunuşu ilə lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilməsi insanların zövqünü oxşamaqla yanaşı, ətraf mühitə atılan tullantıların həcminin azalmasına səbəb olur. Bu prosesə dəstək vermək məqsədi ilə ilk dəfə olaraq ATMA-YARAT-SAT adlı sosial layihənin keçirilməsi nəzərdə tutulur. Layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi  olan  yaradıcı insanları əhatə edəcək.

 

Modern.az xəbər verir ki, “Təmiz Şəhər” ASC nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça”ASC, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə baş tutacaq ATMA-YARAT-SAT sosial layihəsi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası  və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

 

Sosial layihənin ənənəvi olaraq hər il keçirilməsi və gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur. 25 dekabr 2021-ci il tarixində saat 11:00-da Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyində təqdimat mərasimi keçiriləcək layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunmaqla, satışı təşkil ediləcək. Əldə olunacaq vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

 

Bir sıra dövlət qurumlarının dəstək verdiyi ATMA-YARAT-SAT layihəsinin  mütəmadi olaraq keçirilməsi fiziki imkanları məhdud olan insanların məşğulluq imkanlarını genişləndirməklə yanaşı, tullantı hesab edilən əşyaların  xammal kimi təkrar istifadəsinə marağı artıracaq.  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı