İordaniyanın Kralı II Abdullah Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edəsiniz”.