Modern.az

“Bütün azərbaycanlıları təbrik edirəm!” - Tahir Mirkişili

“Bütün azərbaycanlıları təbrik edirəm!” - Tahir Mirkişili

Aktual

24 Dekabr 2021, 09:25

Prezidentmiz, sədrimiz, Müzəffər ali baş komandan, Böyük azərbaycanlı, xalqın sevimlisi və qürür mənbəyi cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və daim qələbələr arzu edirik!

 


O, hər kəs inanmayanda inandı, hər kəs şübhə edəndə əmin oldu, hər kəs yatanda oyaq qaldı, hər kəsin mümkün deyil dediklərini mümkün etdi, hər kəs susanda danışdı, hər kəs bu günə baxanda gələcəyə baxdı, düşmənlər baş qaldıranda yumruğunu qaldırdı…

 


Eyni zamanda, bütün azərbaycanlıları təbrik edirəm! Çünki o ömürdən hər kəsə bir pay düşüb - iqtisadiyyatın inkişafı, sosial müdafiənin güclənməsi, beynəlxalq diplomatiyanın aktivləşməsi, ordu quruculuğunun möhkələnməsi hesabına bütün azərbaycanlıların həyatı dəyişib, hər bir azərbaycanlı artıq qalibdir, layiq olduğu ləyaqətli həyatı yaşayır!

 

Tahir Mirkişili,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı