Modern.az

Füzulidə ev YANDI

Füzulidə ev YANDI

Aktual

25 Dekabr 2021, 09:28

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 7 otaq və eyvandan ibarət evdə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları 50 m² sahədə və dam örtüyünün taxta atmaları 85 m² sahədə yanıb.

 

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 7 m² sahədə əriyib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı