Modern.az

Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü

Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə öldü

Aktual

25 Dekabr 2021, 10:40

Rusiyadan Azərbaycana gələn iki həmyerlimiz təyyarədə vəfat edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisələr eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alınıb.

 

Belə ki, dekabrın 23-ü axşam saat 10 radələrində Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev təyyarədə qəfildən ölüb.

 

İkinci hadisə isə həmin gün günorta saatlarında Moskva-Bakı reysində baş verib. Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov da təyyarədə vəfat edib.

 

Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı