Neftçala şəhərində yerli sakin hamamda ölü tapılıb.
Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü Dadaşov İxtiyar Hüseynalı oğlu yuyunmaq üçün hamama gedib.
Bir müddətdən sonra yaxınları hamamda onun cansız bədənini aşkar ediblər.
İlkin məlumata görə, İ.Dadaşovun ürəktutmasından öldüyü bildirilir.
Bizim Facebook səhifəmizə abunə